Moskvanın Taqanski Məhkəməsi Google MMC-ni SVO haqqında yalan xəbərləri silməkdən imtina etdiyinə görə inzibati cərimə edib.
NOCOMMENT.az xəbər verir ki, cərimə məbləği 4 milyon rubl təşkil edir.
Belə ki, məhkəmə Google-a qarşı iddia qaldıran Roskomnadzorun tərəfini tutub. Söhbət “Youtube” vasitəsilə Ukraynada Rusiya hərbçilərini gözdən salmaq məqsədi daşıyan xüsusi əməliyyatla bağlı yalan məlumatların yayılmasından gedir. İnterfaks yazır ki , Roskomnadzorun tələblərinə zidd olaraq şirkət məlumatı silməkdən imtina edib .