“Google”, “Amazon”, “Facebook” istifadəçiləri gizlicə dinləyir – SƏBƏBbackend

“Google”, “Amazon”, “Facebook” istifadəçiləri gizlicə dinləyir – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cox Media Group” texnologiya şirkətlərinə reklam yaratmaq üçün ev cihazlarından toplanan səsləri təhlil edən yeni alət təklif edib. 

 

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, bu proqramın mövcudluğu ötən il məlum olub.

 

Alət “Aktiv Dinləmə” adlanır və ağıllı cihazlardan söhbətlərimizi dinlyərək məlumat qəbul etməklə işləyir. Reklamçılar bu məlumatı toplayıb bazardakı istehlakçıları hədəfləmək üçün istifadə edə bilərlər.

 

Bu alətlər ABŞ-də reklamçılara təklif olunur, lakin əksər ştatlarda şəxsin xəbəri olmadan telefon danışıqlarının qeydə alınmasını qadağan edən qanunlar mövcuddur. Təqdimatda deyilir ki, “Cox” böyük texnoloji platformalarla, o cümlədən “Google”, “Amazon” və “Facebook” ilə tərəfdaşdır, lakin bu şirkətlər belə proqramda iştirakını inkar edirlər.

 

“Google” “Cox”-u reklam tərəfdaşları proqramından çıxardığını bildirib:

 

“Bütün reklamçılar qüvvədə olan qanun və qaydalara, eləcə də “Google Ads” siyasətimizə əməl etməlidir. Qanun pozuntuları aşkar edəndə müvafiq tədbirlər görürük”.

 

“Amazon” isə platformanın heç vaxt CMG ilə əməkdaşlıq etmədiyini və bunu etmək planlarının olmadığını qeyd edib.

 

“Meta” şirkəti də bu proqramda tərəfdaş deyil, ümumi marketinq partnyoru kimi göstərildiyinə diqqət çəkib.