Google Azərbaycan nömrələrinə sms və zənglə təsdiqləmə kodu göndərmir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Xezerxeber” məlumat yayıb.
Bu hal artıq bir neçə aydır ki, davam edir. Google, youtube və digər platformalarda yeni hesab açarkən Azərbaycan nömrələri ilə qeydiyyatdan keçmək olmur. Belə ki, qeydiyyat prosesi zamanı ölkədaxili operatorların nömrələri təsdiqlənmir. İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Bəhruz Əliyevin sözlərinə görə, istifadəçilər google hesablarını daim nəzərdən keçirməlidirlər.
Ekspert bildirir ki, problemin tezliklə həll edilməsinə ehtiyac var.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən verilən cavaba əsasən, “Google” platformasında ölkədaxili operatorların əlaqə nömrələri ilə bağlı yaranan problem regional xarakter daşıyır. Hazırda aidiyyəti qurumlar tərəfindən bu məsələyə dair araşdırma aparılır. Elektron Təhlükəsizlik Xidməti müvafiq platformada qeydiyyatdan keçən zaman elektron poçt ünvanından istifadə etməyi tövsiyə edir.\\Valyuta.az