“Google” bazar payını və gəlirlərini kəskin itirir – Səbəb açıqlandıbackend

“Google” bazar payını və gəlirlərini kəskin itirir – Səbəb açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Google” axtarış sisteminin istifadəçi bazası, xüsusilə də gənc nəsil arasında süni intellektin (Al) inkişafı və alternativ platformalara üstünlük verilməsi səbəbindən azalmaqdadır. Bu tendensiyalar “Google”un axtarış trafikini zəiflədərək şirkəti böyük gəlirlərdən məhrum edə bilər.

NOCOMMENT.az bu barədə “The Wall Street Journal”a (WSJ) istinadən xəbər verir.

“eMarketer”in proqnozlarına əsasən, 2025-ci ildə “Google”un ABŞ axtarış reklam bazarındakı payı ilk dəfə olaraq 50%-dən aşağı düşəcək.

Hazırda gənclər informasiya toplamaq üçün “Google”dan çox digər platformalara üstünlük verirlər. Məsələn, “OpenAI” öz “ChatGPT” məhsuluna internet axtarışı funksiyasını əlavə edib, bu da gənc istifadəçilər arasında populyarlıq qazanır.

Eyni zamanda, “Amazon” marketinq platformalarında birbaşa alış-veriş imkanları təqdim edərək “Google”un axtarış trafikindən faydalanmaq əvəzinə öz reklam gəlirlərini artırır.

“Skai” reklam platformasının məlumatlarına görə, “Google”da reklam kliklərinin sayı keçən ilə nisbətən 8% azalıb. Reklam gəlirlərinə təsir edən başqa bir amil isə süni intellekt tərəfindən yaradılan məzmunun çoxluğu səbəbindən axtarış nəticələrinin keyfiyyətinin pisləşməsidir.

“Alphabet” holdinqinin tərkibində olan “Google” internet axtarışı, bulud texnologiyaları və reklam texnologiyalarına investisiya yatırır. Şirkətin gəlirlərinin böyük hissəsi şəbəkədə reklamların göstərilməsindən əldə olunur. Lakin artan rəqabət və texnoloji dəyişikliklər səbəbindən bu gəlir mənbəyi təzyiq altındadır.

Gələcəkdə “Google”un bazar mövqelərini qorumaq üçün hansı strategiyalar seçəcəyi maraqla izlənilir.