Google-dan təzminat tələbi – 2.1 milyard avro…backend

Google-dan təzminat tələbi – 2.1 milyard avro…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa media orqanları “Google” şirkətindən 2.1 milyard avro təzminat tələb edir.

NOCOMMENT.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, 17 ölkədən 30-dan çox təşkilat şirkətin reklam texnologiyası tətbiqinin rəqabətə zidd olduğunu iddia edib.

Bu istiqamətdə artıq məhkəmə prosesinə başlanılıb. Avropa Komissiyası da ötən il yaydığı bəyanatla məsələyə etirazını bildirib.

Sənəddə bildirilib ki, “Google” öz dominant mövqeyindən sui-istifadə etməsə idi, media şirkətləri reklam sahəsindən əhəmiyyətli qazanc götürə bilərdi.