“Google” əməkdaşları Londondakı işdən çıxarılmalara etiraz etdilərbackend

“Google” əməkdaşları Londondakı işdən çıxarılmalara etiraz etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonda “Google”-un inzibati binası qarşısına toplaşan işçilər şirkət rəhbərliyinin ixtisar qərarına reaksiya verib.

NOCOMMENT.az xəbər verir ki, şirkət yanvar ayında qlobal əməliyyatlarında çalışan təxminən 10 min nəfəri işdən çıxarmaq qərarına gəldiyini açıqlamışdı.

“Google” işçilərini təmsil edən və etiraz aksiyası təşkil edən həmkarlar ittifaqı tərəfindən edilən açıqlamada, “O vaxtdan bəri “Google”un İngiltərədəki rəhbərliyi seçilmiş həmkarlar ittifaqı nümayəndələri tərəfindən qaldırılan bir çox narahatlıqlara məhəl qoymadı və işdən çıxarılma planları ilə bağlı kollektiv sövdələşmə prosesini sonlandırdı” deyə açıqlamada qeyd olunub.

Ölkənin ən böyük həmkarlar ittifaqı olduğunu xatırladan açıqlamada, son bir neçə ayda minlərlə “Google” işçisinin həmkarlar ittifaqına qoşulduğu da qeyd edilib.

NOCOMMENT.AZ