“Google” gizli şəkildə Rusiyadan işçilərini çıxarmağa başladıbackend

“Google” gizli şəkildə Rusiyadan işçilərini çıxarmağa başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Google” Rusiyadakı ofisini bağlamadı, lakin son həftələrdə ölkəni tərk etmək qərarına gələn işçilərini təxliyə etməyə başladı.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” şirkətdəki mənbələrə istinadən məlumat yayıb .

“Onların vəzifədən getdikdən sonra nə vaxt işləyəcəkləri hələlik məlum deyil”, -“Google” sözçüsü şərh verməkdən imtina edib.

Qeyd edilib ki, “Google”un Moskva ofisində 244 nəfər işləyib.

Mənbənin sözlərinə görə, şirkət 50-yə yaxın adamın çalışdığı Kiyev ofisinin əməkdaşlarını da təxliyə edib.

“Bloomberg” tərəfindən dərc edilmiş “Google”un daxili sənədlərinə görə, şirkət Ukraynadakı işçilərə təhlükəsizlik və digər dəstək göstərmək üçün gecə-gündüz işləyir.
publika.az