Google intihar nisbətlərini azaltmağa çalışırbackend

Google intihar nisbətlərini azaltmağa çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Google Amerikada artan intihar hallarına qarşı tədbir görüb. Yeni yeniləmə ilə intihara meyilli olan insanlar hazır şablon mesajlardan istifadə etməklə birbaşa 988 intihar qaynar xəttinə qoşulacaqlar.

NOCOMMENT xəbər verir ki, ABŞ-da intihar hallarının artması ilə Google da hərəkətə keçib. Google, Amerikada yeni yeniləməyə keçəcəyini açıqladı. Buna görə; Axtarış sisteminə intiharla bağlı sözlər yazan istifadəçilərin qarşısına şablon mesajlar çıxacaq.

İntiharla bağlı 988 qaynar xətti ilə birbaşa əlaqəli olan bu şablon mesajlar o zaman psixi vəziyyəti yaxşı olmayanların işini asanlaşdıracaq.

Bu şablon mesajlarında aşağıdakı kimi cümlələr olacaq:
Mənimlə əlaqə saxlaya bilərsən? Hazırda özümü intihara meyilli hiss edirəm və bu işdə köməyə ehtiyacım var.
Mən ölmək istəmirəm, amma necə yaşayacağımı da bilmirəm. Sizinlə danışmaq məni təhlükəsiz hiss edə bilər. İndi danışa bilərik? Hazırda pis düşüncələrlə mübarizə aparıram və kimsə ilə danışmaq lazımdır. Mesaj yaza bilerik?

İstifadəçilər şablonu seçdikdən sonra intihar qaynar xətti ilə telefon zəngi edə, həmçinin onlayn çat vasitəsilə əlaqə saxlaya biləcəklər.
Burada əsas fikir; intihar fikrində olan şəxsə tez kömək etmək və özünü ifadə etməyə vaxt itirmək əvəzinə 988 intihar qaynar xəttinə daha tez çatmaq.
Yenilənmənin necə və hansı formada olacağı yaxın günlərdə açıqlanacaq.