Google və Samsung ödəniş sistemləri bizdə də işləyəcəkbackend

GoogleSamsung ödəniş sistemləri bizdə də işləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Mərkəzi Bankı ABŞ-ın “Google” və Cənubi Koreyanın “Samsung” şirkətləri ilə onlara məxsus ödəniş sistemlərinin ölkədə işləməsi barədə danışıqlar aparır”.

NOCOMMENT xəbər verir ki, bunu report-a açıqlamasında AMB-nin baş direktoru Fərid Osmanov bildirib.

“Bizim dəstəyimizlə “Apple Pay” ödəniş sistemi uğurla istifadə edilir. Hazırda isə “Google Pay” və “Samsung Pay” kimi texnologiyaların ölkəmizə gəlməsi üçün danışıqlar aparırıq. Maksimum çalışırıq ki, həmin təşkilatlar siyahılarına Azərbaycanı da əlavə etsinlər. Bunun üçün müəyyən şərtlər var. Bunlar təmassız ödənişlər, elektron ticarət və s.dir. Bu istiqamətdə fokusumuz həmin sahələrin inkişaf etdirilməsidir ki, bazarımıza böyük texnologiyaların daxil olması üçün istifadə edək”, – deyə o qeyd edib.