Google yenə cərimələndibackend

Google yenə cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Google 2022-ci ilin iyununda geri götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə Fransanın antiinhisar xidmətindən 250 milyon avro məbləğində yeni cərimə alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Söhbət əlaqəli hüquqlar haqqında qanuna əməl edilməməsindən gedir. Tədbir 2019-cu ildə Fransada qəbul edilib. Qanuna görə, internet şirkətləri nəşriyyatlara və KİV-lərə onların məzmunundan istifadəyə görə təzminat ödəməlidir.

2020-ci ildə Fransa tənzimləyicisi şirkətin müəyyən edilmiş şərtlərə əməl etmədiyini hesab etdiyi üçün ilk dəfə olaraq Google-a müəyyən hərəkətlərə qadağa şəklində məhdudiyyətlər qoyub. 2021-ci ildə Amerika korporasiyası antiinhisar xidmətindən 500 milyon avro cərimə alıb.