Goranboyda bədbəxt hadisə baş verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəlməmmədli şəhəri ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1967-ci il təvəllüdlü N. Məmmədova yaşadığı binanın yanında beton dirəyə toxunaraq yıxılıb.
Nəticədə başından xəsarətlər alan qadın hadisə yerində ölüb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.













