Goranboy sakini özünə aid olmayan avtomobilə görə cərimələnib – VİDEObackend

Goranboy sakini özünə aid olmayan avtomobilə görə cərimələnib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy sakininə ona aid olmayan avtomobilin cəriməsi gəlib.

Rayonun Xanqərvənd kənd sakini Vidadi Məmmədov “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edərək bildirib ki, ona icbari sığortası olmadığına dair 50 manat məbləğində cərimə gəlib. Elektron protokol da Cəlibabad rayonu ərazisndə tətbiq edilib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Vidadi Məmmədov bildirib ki, heç vaxt protokolda qeyd edilən model avtomobilə sahib olmayıb. Bununla yanaşı avtomobilin dövlət qeydiyyat nişanı da onun maşınının üzərində olanla oxşar deyil.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, vətəndaş üzləşdiyi problemlə əlaqədar quruma yazılı və ya onlayn şəkildə müraciət etməlidir. Sonra vətəndaşın yol polisi idarəsinə rəsmi müraciəti əsasında araşdırma aparılacaq və problemin aradan qaldırılması üçün qanunauyğun tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.