Goranboyda dəhşət – Sevgilisi ilə birləşib, oğlunu öldürdü – YENİLƏNİBbackend

Goranboyda dəhşət – Sevgilisi ilə birləşib, oğlunu öldürdüYENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy rayonunda dəhşətli qətlin üstü isti izlərlə açılıb.

NOCOMMENT.az xəbər verir ki, Goranboy rayon Polis Şöbəsinin apardığı araşdırma nəticəsində məlum olub ki, avqustun 15-də rayonun M.Məhərrəmov küçəsində yaşayan Gülayət Əliağa qızı Təhməzova 11 yaşlı oğlu Fərid Fəxrəddin oğlu Təhməzovu sevgilisi Anar Aydın oğlu Məmmədovla ilə birliklə xüsusi amansızlıqla öldürərək Goran qəsəbəsində qamışlıq əraziyə atıblar.

Adı çəkilən şəxslər izi itirmək məqsədilə ayın 19-də azyaşlının itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Lakin operativ əməliyyat istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb və sözügedən şəxslər tutularaq istintaqa cəlb edilib.

Hazırda Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, bundan öncə azyaşlının itkin düşməsi barədə məlumat yayılmışdı.

***

16:10

Goranboy rayonunda 11 yaşlı uşaq itkin düşüb.

Bu barədə NOCOMMENT.az-a Goranboy Rayon Polis Şöbəsindən məlumat verilib.

Bildirilib ki, ruhi-əsəb xəstəsi olan 2010-cu il təvəllüdlü Fərid Fəxrəddin oğlu Təhməzov avqustun 19-u təxminən saat 05 radələrində evdən çıxıb, bir daha geri qayıtmayıb.

F.Təhməzovu görənlərdən və ya onun barəsində məlumatı olanlardan Goranboy Rayon Polis Şöbəsinə məlumat vermələri və ya 022 245 30 72, 055 885 66 02 nömrəli əlaqə telefonlarına zəng etmələri xahiş olunur./Axar.az