Goranboyda baş verən ağır qəzada 2 bacı ölüb, 5 nəfər yaralanıb – FOTO – YENİLƏNİBbackend

Goranboyda baş verən ağır qəzada 2 bacı ölüb, 5 nəfər yaralanıb – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“NOCOMMENT” APA-ya istinadən xəbər veir ki, hadisə rayonun Qızılhacıllı qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan “BMW” və “VAZ 21099” markalı iki avtomobilin toqquşası zamanı 2 nəfərə ölüb, 5 nəfər ağır yaralanıb. Qəza zamanı ölənlər 1969-cu il təvəllüdlü Tanrıverdiyeva Aybəniz Əli qızı, 1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızıdır.

Xəsarət alanlar isə 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbrahim oğludur. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.

Qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.