Goranboyda azyaşlıları maşın vurdu – vəziyyətləri ağırdır – YENİLƏNİBbackend

Goranboyda azyaşlıları maşın vurdu – vəziyyətləri ağırdır – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12.10.2025-ci il tarixində saat 17:40 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib.

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

***
19:27

Goranboyda iki yeniyetmə qızı maşın vurub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Belə ki hərəkətdə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 2013-cü il təvəllüdlü N. Həsənova və 2011-ci il təvəllüdlü F.Qasımovanı vurub.

Piyadalar Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.