Goranboyda hərbçi hündürlükdən yıxılaraq ölüb.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Gülüstan qəsəbəsində baş verib.
Belə ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin bölük komandiri, baş leytenant Biləsuvar rayon sakini, 1993-cü il təvəllüdlü Əzimli İsmayıl Elman oğlu xidmət etdiyi hərbi hissəsinin yaxınlığında hündür qayalıqdan yıxılıb.
Ağır xəsarət alan 32 yaşlı hərbçi hadisə yerində ölüb.
Mərhum bu gün doğulduğu Bilasuvar rayonda dəfn ediləcək.
Faktla bağlı Gəncə şəhər hərbi prokurorluğunda araşdırma aparılır.












