20.10.2025-ci il tarixində saat 00:20 radələrində xəsarət alması səbəbilə 2 nəfər (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
TƏBİB-dən NOCOMMENT.az-a verilən məlumatda bildirilib ki, onlara sol qabırğa arası nahiyəsinin deşilmiş, sol bazunun ön səthinin cızılmış yarası diaqnozu təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***12:10
Goranboyda mübahisə zəminində xəsarət yetirmə faktı araşdırılır.
NOCOMMENT.az -ın qərb bürosuna bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinə müraciət edən Tap Qaraqoyunlu kənd sakini oktyabrın 20-də həmkəndlisi, 28 yaşlı Elvin Alışovun sərxoş vəziyyətdə ona yumruqla xəsarət yetirdiyini bildirib.
Müraciət əsasında polis şöbəsində araşdırma aparılır və faktla bağlı müvafiq ekspertiza təyin edilib.
Araşdırmanın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
***10:27
Goranboyda kafedə kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.
NOCOMMENT.az -ın məlumatına görə hadisə rayonun Tapqaraqoyunlu kəndində baş verib.
Kənd sakinləri, 1997-ci il təvəllüdlü Elvin Alışov münaqişə zəminində həm kəndliləri 1973 -ci il təvəllüdlü Zaur Nağıyev, 1976-cı il təvəllüdlü Elçin Quliyevə və 1993-cü il təvəllüdlü Eltun Alışova bıçaqla xəsarət yetirib.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb.
Qeyd edək ki, hadisəni törədən şəxsin bıçaqla xəsarət yetirdiyi şəxslərdən birinin öz qardaşı olduğu bildirilir.
Hadisə kəndə yerləşən kafelərin birində olub.
Faktla bağlı araşdırma aparılır.













