Goranboyda piyadanı vuran avtomobil dərəyə düşüb – FOTO – YENİLƏNİBbackend

Goranboyda piyadanı vuran avtomobil dərəyə düşüb – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15.10.2025-ci il tarixində saat 18:40 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü (kişi) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən NOCOMMENT.az-a verilən məlumata görə, ona sağ göz yuvasının hematoması, sol çiyin sümüyünün və sol baldır nahiyəsinin sınığı diaqnozu təyin olunub.

Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyəti kafi olaraq qiymətləndirilir.

***
18:43

Goranboyda yol qəzası olub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə hadisə Goranboy-Tərtər yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək orta yaşlı kişini vurub. Qəzadan sonra minik avtomobili yolunun kənarına düşüb.

Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb.