“Mayın 31-də saat 06:50-də 1987-ci il təvəllüdlü şəxs (qadın cinsli) boğazın kəsilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
“Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Cərrahiyyə şöbəsində aparılır”, – deyə qeyd edilib.
Aləmdə Nəsib
09:12
Goranboy rayonunda qardaş bacısına xəsarət yetirib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Nizami kəndində baş verib. Kənd sakini, 1987-ci il təvəllüdlü Gülnarə Abbasova ilə qardaşı 1993-cü il təvəllüdlü Samir Nəcəfov mübahisə edib. Mübahisə nəticəsində S.Nəcəfov bacısının boğazını kəsib.
Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən S.Nəcəfov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.