Goranboyda qaynananın tirdən açdığı atəş gəlinini yaralayıbbackend

Goranboyda qaynananın tirdən açdığı atəş gəlinini yaralayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəyirmanlar kəndində baş verib.

2001-ci il təvəllüdlü N.Xudaverdiyeva qarnın küt travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.

İlkin məlumata görə, hadisə zamanı qadının qaynanası – 1968-ci il təvəllüdlü G.Xudaverdiyevanın əlində olan tirdən açılan atəş nəticəsində güllə dəmiri deşərək gənc qadına dəyib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi iddia edilir.

Faktla bağlı araşdırma aparılır.