Görüş başa çatdı: Bayden Ərdoğana təşəkkür etdibackend

Görüş başa çatdı: Bayden Ərdoğana təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO-nun güclənməsinə yönəlmiş addımlar Rusiya və Ukrayna arasında münaqişənin həlli prosesinə xüsusi töhfə verəcək”.

NOCOMMENT.az “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə NATO sammiti çərçivəsində amerikalı həmkarı Cozef Baydenlə görüşündə deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə taxıl dəhlizi problemini balanslaşdırılmış siyasətlə həll etməyə çalışır. O, Ankaranın bu istiqamətdə səylərinin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.

Cozef Bayden, öz növbəsində, Türkiyə Prezidentinə Ukrayna taxılının ixracını təmin etmək səylərinə, habelə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib.

Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri arasında görüş artıq başa çatıb. Görüş 1 saat 10 dəqiqə davam edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşlə bağlı iyunun 30-da mətbuat konfransı keçirəcək.

Publika.az