Gorusdan Xankəndiyə 20-dən artıq təcili tibbi yardım maşını keçdibackend

Gorusdan Xankəndiyə 20-dən artıq təcili tibbi yardım maşını keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Gorusdan Xankəndi istiqamətinə Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə təcili tibbi yardım avtomobilləri maneəsiz keçid edib.

NOCOMMENT.az Report-a istinadla xəbər verir ki, ümumilikdə 20-dan artıq ambulans Xankəndi istiqamətinə hərəkət edib.

Ehtimal edilir ki, təcili tibbi yardım avtomobilləri Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış zamanı xəsarət alan şəxslərə yardım üçün gedir.