“Göyçay Nar Festivalı” turundan narazılıq – turistlər: “Aldadıldıq, ac-susuz qaldıq”backend

“Göyçay Nar Festivalı” turundan narazılıq – turistlər: “Aldadıldıq, ac-susuz qaldıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AY_TRAVELL” tur şirkətinin təşkil etdiyi “Göyçay Nar Festivalı” turu ilə bağlı ciddi narazılıqlar səsləndirilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, osial şəbəkələrdə yayılan paylaşımlarda vətəndaşlar bildiriblər ki, tur zamanı qarşılanma və gediş-gəliş təşkilatçılığı olduqca zəif olub.

İddialara görə, tur iştirakçılarını qarşılanma məntəqəsinə gec gətiriblər, yolda istirahət və mağaza dayanacağı edilməyib. Nahara isə yalnız axşam saat 17:00-da aparılıblar.

“Yolda böyüklü-uşaqlı acından ölürdük demək olar. Hər kəs aclıqdan və vaxt itkisindən əsəb və stress keçirdi”, – turistlərdən biri yazıb.

Şikayətlərə əsasən, tur proqramında göstərilən üç məntəqədən yalnız birinə səfər baş tutub, digərləri isə təşkilatçıların “bəhanəsi” ilə ləğv olunub.

İştirakçılar həmçinin bildiriblər ki, “Göyçay Nar Festivalı” adı ilə reklam edilən turda onları festival ərazisinə deyil, sadəcə park tipli bir yerə aparıblar və 2 saatdan çox müddətdə orada səbəbsiz gözlədiblər.

Nəticədə vətəndaşlar AY_TRAVELL şirkətini aldatma və tur proqramına əməl etməməkdə ittiham edirlər:

“Bu nə təşkilatçılıqdır axı? İnsanların həm pulunu mənimsəyib, həm də gününü məhv etdilər!” – paylaşımda qeyd olunub.