Göyçayda ağır qəza: 2-si uşaq olmaqla 5 yaralı var – FOTObackend

Göyçayda ağır qəza: 2-si uşaq olmaqla 5 yaralı var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az -ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Turab