Bu gün saat 16:20 radələrində Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə NOCOMMENT.az-ın Yuxarı Şirvan bürosuna Göyçay Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qapalı kəllə-beyin travması, başın təpə sümüyünün sınıqları, üzün və bədənin müxtəlif nahiyələrinin kəsilmiş, sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri ağır qiymətləndirilən 1998-ci il, 2000-ci və 2020-ci il (2 nəfər) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
1995-ci il təvəllüdlü pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2006-cı il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 17:00 radələrində 2018-ci il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.
***
Bu gün saat 16 radələrində Göyçay rayonunun Mırtı kəndi ərazisində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə 6 nəfər
1.Haqverdiyev Rauf -1998
2.Məsimov Kərim – 1995
3.Məsimov Orxan -2020
4.Məsimov Ayxan -2020
5.Əliyev İsa – 2000
6.Əliyev Loğman-2006
xəsarət alıb.
7 yaşlı Məsimov Nihat isə aldığı xəsarətlərdən vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan NOCOMMENT.az -ın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
***
Göyçayda baş verən ağır qəzada xəsarət alanlardan biri 2018-ci il təvəllüdlü uşaq dünyasını dəyişib
***17:21
Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az -ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Turab











