Göyçayda avtomobilə atəş açıldı – 5 yaralıbackend

Göyçayda avtomobilə atəş açıldı – 5 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçayda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə iyulun 10-da saat 23 radələrində Ləkçıplaq kəndi ərazisində kənd sakini N. Rüstəmovun sərxoş vəziyyətdə xuliqanlıq zəminində Kürdəmir rayon sakini F. Həsənova məxsus “Kia” markalı avtomobilin istiqamətində 2 dəfə tüfəngdən atəş açması və orada olan 5 nəfərə sıyrıq və qırma xəsarətləri yetirməsi barədə məlumat daxil olub.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində N. Rüstəmov saxlanılıb. Ondan cinayətin aləti olan TOZ markalı ov tüfəngi götürülüb.