Göyçayda dağlıq ərazidə itkin düşənlərin yeri müəyyən edilibbackend

Göyçayda dağlıq ərazidə itkin düşənlərin yeri müəyyən edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçayda dağlıq ərazidə itkin düşən qadın və kişi tapılıb.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri onları çıxarmağa çalışırlar.

Onlar şəhərin Şimalındakı dağlıq ərazidə itmiş qoyunlarını axtararkən qayadan dərəyə yıxılıblar.

Nəticədə 1992-ci il təvəllüdlü Kamran Eminov və 1984-cü il təvəllüdlü Nərgiz İbrahimova köməksiz vəziyyətdə qalıblar.

Onların xilas olunması üçün FHN-in “112” qaynar xətt mərkəzinə məlumat verilib.

Xilasedicilər gecə saatlarında çətin relyefli dağlıq ərazidə itkin düşən şəxslərin yerini müəyyən ediblər.

Hazırda qadın və kişinin, eləcə də dərəyə düşən təxminən 15 baş qoyunun çıxarılması üçün işlər görülür.

Kamran Eminovun xəsarət aldığı bildirilir.