Göyçayda məktəb direktorunun müavinini elektrik cərəyanı vurub öldürdübackend

Göyçayda məktəb direktorunun müavinini elektrik cərəyanı vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonunda müəllim bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

NOCOMMENT.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Şərifov Xəlil Şərif oğlu həyətyanı sahədə su matoru ilə quyudan su çıxararkən ehtiyatsızlıq edib, matorun elektrik naqilindəki nasazlıq səbəbindən cərəyan onu vurub. X.Şərifov hadisə yerində dünyasını dəyişib. O, Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini, 30 ildən çox Azərbaycan dili və ədəbiyyat müəllimi olub.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.