Göyçayda polis necə xəsarət alıb? – TƏFƏRRÜATbackend

Göyçayda polis necə xəsarət alıb? – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Göyçay sakininin polisə xəsarət yetirməsi ilə bağlı hadisəyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, aprelin 27-si saat 16 radələrində Göyçay rayonunun Bığır kəndində kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaradıb, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən RPŞ-nin əməkdaşı Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq bir hissəsi ilə sonuncuya yüngül bədən xəsarəti yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

N.Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.