Göyçaydakı qalmaqalla bağlı araşdırma başlanıldıbackend

Göyçaydakı qalmaqalla bağlı araşdırma başlanıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayon Uşaq Musiqi Məktəbində baş verən hadisə ilə bağlı məsələ Mədəniyyət Nazirliyi tərəfindən araşdırılır.

NOCOMMENT xəbər verir ki, bu barədə qafqazinfo-nun sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

“Yaxın günlərdə ictimaiyyətə daha geniş məlumat veriləcək”, – deyə qurumdan qeyd ediblər.

Qeyd edək ki, Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb. Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimlər etiraz edərək onu məktəbdən qovublar.