Göygöl şəhərində zəlzələ olubbackend

Göygöl şəhərində zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl şəhərində 3,2 maqnitudalı zəlzələ olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Yeraltı təkanlar saat 10:25-də Tovuz stansiyasından 29 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.