Göygöldə avtomobil aşıb, ölən və xəsarət alanlar var – FOTO / YENİLƏNİBbackend

Göygöldə avtomobil aşıb, ölən və xəsarət alanlar var – FOTO / YENİLƏNİB 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöldə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 07.12.2025-ci il tarixində saat 23:40 radələrində 2 nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyəti orta ağırdır.

***21:45

Göygöldə “NİVA” markalı avtomobilin aşması zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, qəza zamanı 1983-cü il təvəllüdlü M. Kalpanov həyatını itirib.

Xəsarət alanlar isə hazırda təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılır. Qeyd edək ki, ölən şəxs avtomobildə sıxılıb. Əraziyə FHN-in əməkdaşları cəlb edilib. Ölən şəxs xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır

***

 

Göygöldə ölümlə nəticələnən qəza olub.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “NİVA” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza zamanı 1 nəfər hadisə yerində ölüb.

Əraziyə FHN və polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.