Göygöldə bələdiyyə torpaqlarını satmaqda şübhəli bilinən sədr barəsində cinayət işi başlanılıbbackend

Göygöldə bələdiyyə torpaqlarını satmaqda şübhəli bilinən sədr barəsində cinayət işi başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl rayon Toğanalı kənd bələdiyyəsinin sədri İslam İmanlının qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Report məlumat yayıb

Bildirilib ki, araşdırma zamanı İslam İmanlının vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kollegial orqan olan Toğanalı kənd bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrı-ayrı şəxslərə satılması, istifadəyə və icarəyə verilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.