Göygöldə iki qardaş bıçaqlandıbackend

Göygöldə iki qardaş bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl rayonunda iki qardaşa bıçaqla xəsarət yetirilib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Quşqara kəndində fəaliyyət göstərən kafelərin birində olub.

Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü İsmayılov Sənan Dəmir oğlu və onun qardaşı 1992-ci il təvəllüdlü İsmayılov Əkbər bıçaq xəsarəti alıb. Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

S.İsmayılovun xəsarəti daha ciddidir. Faktla bağlı araşdırmalara başlanılıb.