Göygöldə yol qəzasında 6 nəfər həyatını itirdi – YENİLƏNİB – FOTObackend

Göygöldə yol qəzasında 6 nəfər həyatını itirdi – YENİLƏNİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöldə ağır avtomobil qəzası zamanı dünyasını dəyişənlərdən bəzilərinin şəxsiyyəti dəqiqləşib.

NOCOMMENT.az report-a istinadla xəbər verir ki, “VAZ” markalı avtomobillə yük maşının toqquşması nəticəsində Samux rayonu, Sərkər kənd sakinləri Hümbətov Orxan, onun həyat yoldaşı Hümbətova Sona və onların 2 yaşlı övladları Hümbətov İbrahim dünyasını dəyişib.

Bundan başqa Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızı da yol qəzasında vəfat ediblər.

***

Göygöl rayonunda 6 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili ilə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində bir ailənin 6 üzvü dünyasını dəyişib. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb (report).