Göz ağrısına nə etmək olar?backend

Göz ağrısına nə etmək olar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, bir çox insan gündəlik həyatda nadir hallarda da olsa göz ağrısı yaşaya bilər. Adətən öz-özünə keçən göz ağrısı yaxşılaşmadıqda mütəxəssisə müraciət edilməlidir.

Bəs göz ağrısına nə yaxşı təsir edir?

NOCOMMENT xəbər verir ki, bu sualın bir çox cavabı var. Çünki göz ağrısının müalicə planı bu ağrıya səbəb olan vəziyyətə görə təyin edilir. Müxtəlif səbəblərdən yarana bilən göz ağrılarının müalicəsində tez-tez istifadə edilən üsulları aşağıdakı kimi sıralamaq olar:

Eynək istifadəsi: Eynək, xüsusilə linza taxan insanlarda meydana gələn göz ağrılarında istifadə olunur.

Evdə edilə bilən qulluq: Gözlərin dincəlməsi göz ağrısını aradan qaldıran ən vacib təcrübələrdən biridir. Buna görə də ekrandan istifadəni azaltmaq və gözləri nizamlı olaraq dincəlmək vacibdir.

Göz yuma tətbiqi: İnsanda göz ağrısının səbəbi yad cisim və ya kimyəvi maddə ilə təmasda olduqda göz yuma üsulu tətbiq edilir. Burada gözləri qıcıqlandıran maddəni çıxarmaq üçün gözləri su və ya serum məhlulu ilə yumaq lazımdır.

İsti kompreslərin edilməsi: Mütəxəssislər tərəfindən gözlərində blefarit olan insanlara isti kompres tətbiq edilməsi tövsiyə olunur. Bu prosesdə gözlərə isti və nəmli dəsmallar qoyulur və tıxanmış yağ vəziləri təmizlənir.