Gözdə kataraktanın ilkin əlamətləribackend

Gözdə kataraktanın ilkin əlamətləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Katarakta təkcə yaşlılarda qocalıq xəstəliyi deyil, o gənclərdə də görünür.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, oftalmoloq Maksim Ladanov kataraktanın ən birincili simptomlarını açıqlayıb.

“Katarakta başlayanda insan ətrafdakı rəngləri daha tutqun, solğun görür, gecələr görmə itiliyi isə azalır.

Dumanlı görmə kataraktanın əsas simptomudur. Bu problemdə görmə keyfiyyəti ildən-ilə düşəcək, ona görə vaxtında həkimə getmək lazımdır.

Müalicə üçün müasir metodlardan biri fakoemulsifikasiyadır, bu metodu cərrahlar çox sevir. Bu zaman kəsik və qan olmadan bulanıq büllur çıxarılır və süni büllur yerləşdirilir”.