Gözdə linza ilə yatsaq, nə baş verər?backend

Gözdə linza ilə yatsaq, nə baş verər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günümüzdə bir çoxları kontakt linzalardan istifadə edirlər.

Istər görmək üçün, istərsə də rəngli linzalar olsun, onlardan istifadə edərkən, gözə xüsusi qulluq edilməlidir ki, görmədə problem yaranmasın.

Bəs linzalarla yatmaq olar? Linza ilə yatmaq hansı problemlərə səbəb ola bilər?

NOCOMMENT.az xəbər verir ki, hit.az-ın sualına cavab verən okulist Dərya Namazova bildirib ki, üzərində “Nighy end day” (gecə gündüz) yazılmayıbsa, onu gecə gözdə saxlamaq olmaz:

“Hətta bu yazı varsa belə linzanı gözdə saxlamaq məsləhət bilinmir. İlk növbədə linzayla yatmaq gözə qapaqlarında iltihablanmaya, infeksiya yaranmasına səbəb olur. İltihab olduqdan sonra eyni linzadan qəti şəkildə istifadə eləmək olmaz. İnfeksiyanı aradan qaldırmaq mümkündür. Bir neçə gün linzasız yaşamalı olacaqsınız. İkinci halda isə linzalar daha ağır nəticələr yarada bilər. Gözdə keratit, yəni gözün buynuz qişasında iltihab yaranarsa, bu görmənin itməsinə səbəb ola bilər”.