Gözəlliyin keşiyində dayanan bitkibackend

Gözəlliyin keşiyində dayanan bitki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburq hesab edir ki, ispanaq gözəlliyi və gəncliyi qoruyan faydalı bitkidir.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim ispanaq yarpaqlarının kalsium və C vitamini ilə zəngin olduğunu deyib.

“Bu, kollagen sintezini gücləndirir və dərini daha elastik edir. Bundan əlavə, ispanaq dərinin vəziyyətinə müsbət təsir göstərən çox miqdarda A vitamini ehtiva edir. İspanaq regenerasiya prosesləri üçün son dərəcə vacib olan fol turşusunun mənbəyidir. O, insan orqanizmini cavanlaşdırır və onun çatışmazlığı anemiyanın ağır formalarına gətirib çıxara bilər”, – Qinzburq vurğulayıb.

Mütəxəssis onu da qeyd edib ki, ispanaq orqanizmdə damarları və sümük toxumasını gücləndirməyə kömək edə bilər və onun tərkibində olan K vitamini ateroskleroz zamanı damarların zədələnməsinin qarşısını alır.
publika.az