GÖZLƏNİLMƏZ QƏRAR – ABŞ Ukraynaya uzaqmənzilli raketlər göndərəcək?backend

GÖZLƏNİLMƏZ QƏRAR – ABŞ Ukraynaya uzaqmənzilli raketlər göndərəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden ABŞ-ın Ukraynaya “Rusiyaya çata biləcək qədər uzaqmənzilli” raketlər göndərəcəyi ilə bağlı iddiaları təkzib edib.

NOCOMMENT.az xəbər verir ki, Prezident Bayden bu haqda jurnalistlərin suallarını cavablayan zaman danışıb.

“Rusiyanı atəşə tutmaq üçün istifadə oluna biləcək heç nə göndərməyəcəyəm. Ağ Ev administrasiyası Ukraynanı potensial olaraq Rusiya ərazisini vurmaq üçün uzaqmənzilli raketlərlə təmin etmək niyyətində deyil”, – ABŞ Prezidenti Co Bayden deyib.

Xəbər verdiyimiz kimi, Amerika mediası ötən həftə ABŞ administrasiyasının Ukraynaya Kiyevin tərəfinin tələb etdiyi MRLS və HIMARS reaktiv yaylım atəşi sistemləri ilə təmin etmək planları barədə məlumat yayıb. Bildirilib ki, bu sistemlərin tədarükü ilə bağlı qərar bu həftə verilə bilər.

Bu sistemlər maksimum dəyərləri 70-300 kilometr arasında dəyişən müxtəlif diapazonlu raketləri vura bilir.