Gözlərimizi kompüterdən necə qoruya bilərik?backend

Gözlərimizi kompüterdən necə qoruya bilərik?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir dövrün texnoloji tələblərindən olan kompüterə tələbat getdikcə artır. Hər gün ofisdə uzun müddət kompüter qarşısında işləyirsinizsə gözlərinizdə yanma, bulanıqlıq, quruluq və ağrının olması qaçınılmazdır. Əsasən günortadan sonra bu xoşagəlməz bəlirtilər birinci göz bulanması daha sonra baş ağrısına çevrilməklə özünü göstərir.

NOCOMMENT.az xəbər verir ki, bu cür neqativ halların daha az yaşanması üçün mütəxəssislər bir neçə məsləhət veriblər. Siz bu məsləhətlərlə göz yorğunluğunun qarşısını ala və sağlığınızı qoruya bilərsiniz.

Yazıları böyüdün
Sabit bir halda kiçik yazılara baxsanız gözləriniz ekrana diqqətlə zillənəcək və bu da baş ağrılarına, yorğunluğa səbəb olacaq. Mətni böyüdərək və rəngi tündləşdirərək siz bunun qarşsını ala bilərsiniz.

Gözlərinizi qırpın
Ekrana çox baxdıqda quruyan gözləriniz üçün gözlərinizi qırpmağı unudursuz. Bəlkədə bunu hiss etmirsiniz amma gözləri qırpmaqla quruma keçib gedəcək.

Parlaqlığa düzəliş edin
Kompüter ekranın parlaqlığı göz yorğunluğuna və baş ağrısına səbəb olur. Ekranın parlaqlığını azaldaraq sizi rahatsız edən bu vəziyyətdən qurtula bilərsiniz.

20-20-20 qaydasını tətbiq edin
Bu qayda 20 dəqiqə işlədikdən sonra 20 metr uzaqlıqdakı bir obyektə 20 saniyə müddətində baxılması prinsipinə söykənir. Saatlar boyunca eyni məsafədə olan kompüterə baxdıqda göz əzələlərinin işini çətinləşdirə və gözlərinizi hərəkət etdirməkdə problem yaşaya bilərsiniz.