Güclü külək 40-a yaxın ağacı aşırdıbackend

Güclü külək 40-a yaxın ağacı aşırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda müşahidə olunan güclü külək nəticəsində 40-a yaxın ağac aşıb.

NOCOMMENT xəbər verir ki, bu barədə axar.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildiriblər.

Qeyd olunub ki, ağacların aşması nəticəsində 4 avtomobilə ziyan dəyib: “Ötən gün Bakıda müşahidə olunan sərt külək bir neçə rayonda fəsadlara yol açıb. Küləkli hava səbəbindən paytaxtın Nərimanov, Nəsimi və Binəqədi rayonlarında 40-a yaxın irigövdəli və xırdagövdəli ağac aşıb, budaqlar qırılıb. Məlum hadisə səbəbindən 4 avtomobilə ziyan dəyib”.

Əlavə olunub ki, icra hakimiyyətinin əməkdaşları ağaclar aşan əraziyə cəlb olunub və bütün fəsadlar aradan qaldırılıb.