Güclü külək Göygöl rayonunu elektrik enerjisiz qoydubackend

Güclü külək Göygöl rayonunu elektrik enerjisiz qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarında yanğıntılı hava şəraiti müşahidə olunur.

NOCOMMENT.az “Report”un Qərb Mərkəzinə istinadla bildirir ki, küləklə müşahidə olunan yanğıntılı hava şəraiti bir sıra fəsadlar törədib.

Belə ki, Daşkəsən rayonunda leysan yağış səbəbindən bəzi ərazilərdə təsərrüfata zərər dəyib. Avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Samux rayonunun da bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Şəmkir rayonunda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilməsi dayandırılıb. Avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Bölgə müxbirimizin verdiyi xəbərə əsasən Göygöl rayonunda bir saatdır elektrik enerjisinin verilişi dayandırılıb. Eyni zamanda artıq hər günün sonunda, axşamlar elektrik enerjisinin verilişinin dayandırılması adət halına çevrilib.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir. Dağlıq rayonlarda güclü ildırım çaxır.