Güclü yağış və daşqın: 9 mindən çox ailə zərər çəkibbackend

Güclü yağış və daşqın: 9 mindən çox ailə zərər çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmən hökuməti 9000-dən çox köçkün ailənin mərkəzi Marib şəhərində güclü yağışlar və daşqınlardan mənfi təsirləndiyini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Yəmən hökumətinin Köçkünlər Düşərgələri İdarəsinin dərc etdiyi hesabatda, Marib şəhərində son 10 gündə güclü yağış və daşqınlardan zərər çəkmiş köçkün ailələri haqqında məlumat verilib.

Maribdə 9120 ailənin daşqından zərər gördüyü qeyd edilən hesabatda 273 ailənin tamamilə, qalanlarının isə qismən zərər gördüyü bildirilib.

Köçkün Şəxslər Düşərgələri Departamenti daşqınlardan zərər çəkmiş ailələrin sığınacaq və qida ehtiyaclarını ödəmək üçün BMT-ni, beynəlxalq və yerli yardım təşkilatlarını təcili yardıma çağırıb.

Yəmən hökumətinin açıqladığı məlumatlara görə, ölkədəki vətəndaş müharibəsi səbəbindən Maribdə 2 milyondan çox köçkün çətin şəraitdə yaşayır.