Cənubi Amerika ölkəsi Çilidə iyunun 22-dən bəri yağan leysan yağışlar daşqınlara səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, daşqınlar nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə itkin düşüb.
Ölkənin mərkəzi hissəsində təsirli olan yağışlar çayların daşmasına səbəb olub, yolları zədələyib, yüzlərlə insana mənfi təsir edib.
Yerli hakimiyyət orqanları ilə birlikdə bölgəyə səfər edən prezident Qabriel Boric, “Təəssüf ki, ağacların altında qalan iki vətəndaşımız həyatını itirdi, 3 itkin axtarılır. Təbii fəlakətdə 419 nəfər evsiz qaldı, 1002 nəfər İnsanlar təhlükəsiz yerlərə təxliyyə edilib”, – deyib.
NOCOMMENT