Güləş üzrə çempiondur, dostunu söyüş üstündə bıçaqlayıbmış – Qatillə bağlı YENİ FAKTLARbackend

Güləş üzrə çempiondur, dostunu söyüş üstündə bıçaqlayıbmış – Qatillə bağlı YENİ FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Bakıda ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı daha bir fakt bəlli olub.

NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, Əhməd bir müddət bundan əvvəl də cinayət törədib.

Belə ki, onun yaxın dostunu bıçaqladığı bildirilir. Deyilənə görə, hadisəyə səbəb dostunun Əhmədin ünvanına söyüş söyməsi olub.

Məlumatda o da bildirilir ki, o zaman tərəflər məsələni öz aralarında həll ediblər.

Qeyd edilir ki, güləşlə məşğul olan Əhməd vaxtilə Azərbaycan çempionu olub. Onun qətlə yetirdiyi və əslən Qazax rayonundan olan atası Mehman Əhmədovun da idmançı olduğu bildirilir.

52 yaşı olmasına baxmayaraq, güclü və fiziki cəhətdən sağlam olan Mehman Əhmədovun oğlu tərəfindən necə qətlə yetirməsi də ailəni tanıyanların təəccübünə səbəb olub.