Güləşçilərimiz gümüş və bürünc medal qazandıbackend

Güləşçilərimiz gümüş və bürünc medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib.

55 kq-da yarışan Elmir Əliyev qazaxıstanlı İsxar Kurbayevə qalib gələrək bürünc medal qazanıb. Aleksandr Primaçenkoya (Ukrayna) uduzan Laçın Vəliyev (87 kq) isə 5-ci olub.