Güləşçimiz dünya çempionu oldubackend

Güləşçimiz dünya çempionu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Yunan-Roma güləşçisi Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatının qalibi olub.

NOCOMMENT.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final görüşündə rumıniyalı Denis Mihayanı 6:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. Onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.