Güllələnən azərbaycanlı aktyor harada dəfn olunacaqbackend

Güllələnən azərbaycanlı aktyor harada dəfn olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 23-də İstanbulun Fateh bölgəsində iki qrup arasında baş verən silahlı insident nəticəsində dünyasını dəyişən azərbaycanlı aktyor Kamran Dadaşzadə İstanbulda dəfn olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Publika.az-a Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğundan bildirilib.

Məlumata görə, Kamran Dadaşzadənin İstanbulda dəfni ailəsinin qərarıdır:

“23 may 2022-ci il tarixində İstanbulda yaşayan Azərbaycan vətəndaşı, 31.05.1969-cu il təvəllüdlü Kamran Fazil oğlu Dadaşzadə İstanbulun Fateh bölgəsində naməlum şəxslər arasında baş verən silahlı insident nəticəsində aldığı güllə yarasından 25.05.2022-ci il tarixində İstanbulun “Cərrahpaşa” xəstəxanasında vəfat edib. Ailə üzvləri tərəfindən verilən qərara əsasən, mərhum İstanbulda dəfn olunacaq. Mərhuma Allahdan rəhmət, yaxın və doğmalarına səbr diləyirik!”