Güllələnən ukraynalı əsgəri qəhrəman elan edildibackend

Güllələnən ukraynalı əsgəri qəhrəman elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus əsgərləri tərəfindən güllələnən və son sözü “Ukraynaya qələbə” olan ukraynalı əsgər Oleksandr Matsievski Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən qəhrəman elan edilərək medalla təltif edilib.

NOCOMMENT.az xəbər verir ki, Zelenski 42 yaşlı Matsievskini ölkənin ən yüksək medalı olan “Ukrayna Qəhrəmanı” ilə təltif edib.

Zelenski açıqlamasında  “Bu gün mən Oleksandr Matsievskiyə Ukrayna Qəhrəmanı titulunu verdim. O, bütün ukraynalıların tanıyacağı bir insandır. Həmişə xatırlanacaq insan” deyərək Matsievskinin cəsarətinin Ukraynaya olan inamı və Ukraynanın qələbəsi üçün olduğunu qeyd edib.

NOCOMMENT.AZ